30 Noyabr 2024
Ölkə futbolu

Cavid Hüseynov bölgə klubu ilə anlaşa bilmədi

Ötən mövsüm “Şamaxı”nın baş məşqçisi olan Cavid Hüseynov divizion klubu ilə anlaşa bilməyib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, gənc mütəxəssis bir müddətdir “İmişli” komandası ilə danışıq aparsa da, tərəflər razılığa gələ bilməyib. Buna səbəb maliyyə şərtlərinin olduğu bildirilir. 

Yeni mövsümdən iddialı bir heyət formalaşdırmaq istəyən bölgə təmsilçisi hazırda baş məşqçi axtarışlarını davam etdirir. Rəhbərliyin əsas hədəflərindən biri komandaya Premyer Liqa təcrübəsi olan mütəxəssis cəlb etməkdir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43