“Mançester Siti”nin hücumçusu Liam Delap mövsümü Almaniyada keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı oyunçu “Halleşer” klubu ilə razılığa gəlib. O, icarə əsasında növbəti mövsüm sözügedən komandada çıxış edəcək.
Delap ötən mövsüm “Stok” və “Preston Nort End” komandalarında çıxış edib. Ümumilikdə o, 37 liqa matçında 4 qol vurub.