29 Noyabr 2024
Ölkə futbolu

“Qəbələ” braziliyalı ilə yollarını ayırdı – RƏSMİ

“Qəbələ” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumata görə, bölgə təmsilçisi Rafael Utziqlə vidalaşıb. 27 yaşlı braziliyalı hücumçunun müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, 2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub. Klub daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak, Səlahət Ağayev, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi və Ruan Renato ilə də yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43