“Qəbələ”dən ayrılan Rafael Utziq karyerasını Cənubi Koreyada davam etdirəcək.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “qırmızı-qaralar”la müqaviləsi başa çatan oyunçu rəhbərliklə heç bir danışıq aparmayıb. “Qəbələ”də aylıq 8 min dollar maaş alan Utziq klubun büdcəsinin yüksək olmadığını bildiyi üçün artım belə tələb etməyib.
O, “Qəbələ” rəhbərliyinə heç bir xəbər vermədən özünə gələn ən yüksək təklifi dəyərləndirib. Təcrübəli futbolçu Asiya təmsilçisi “Asan Munqunxa” klubu ilə razılaşıb.
Braziliyalı yeni komandasında ayda təxminən 25 min dollar maaş alacaq.