08 İyun 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibi nigeriyalı oyunçu gətirdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Cəbəllütariq “Linkoln”u heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “cırtdan” ölkə təmsilçisi Samson Acayini transfer edib.

24 yaşlı nigeriyalı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Qarabağ” “Linkoln”a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43