08 İyun 2026
Dünya futbolu

İngiltərəli oyunçu “Mançester Yunayted”ə keçir

“Mançester Yunayted” Meyson Maunt transferini bu gün rəsmən açıqlayacaq.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli futbolçu öz rəsmi instaqram səhifəsindən “Çelsi”yə vida etdiyi ilə bağlı videosunu paylaşıb.

Dünən Maunt tibbi müayinədən keçib və onun bu gün artıq rəsmi olaraq açıqlanacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43