08 İyun 2026
Ölkə futbolu

“İddialıyıq və çempionluq barədə düşünürük” – Bölgə klubunun rəhbəri

“Daha çox yerli futbolçulara üstünlük veririk. Lerikdən, Lənkərandan və Massalıdan olan oyunçuları komandaya cəlb edirik. Daha bir neçə transferimiz olacaq. Növbəti həftənin sonu Bakıda yoxlama oyunu keçirmək niyyətimiz var. Ondan sonra heyimiz tam formalaşacaq”.

Bu sözləri idmanxeber.az saytına növbəti mövsüm II Liqada çıxış edəcək “Lerik” komandasının İdarə Heyətinin sədri Famil Məmmədov deyib. O, ev oyunlarını öz doğma meydanlarında keçirmək istədiklərini bildirib:

“Oyunları Lerikdəki stadionda keçirəcəyik. Artıq orada müəyyən işlər gedir. Mövsüm başlayana qədər çalışacağıq ki, stadionu ən azından ilkin tələblərə cavab verəcək bir duruma gətirək.

Klubda aşağı yaş qrupları da fəaliyyətə başlayacaq. Bütün komandalar AFFA-nın bayrağı altındakı yarışlarda iştirak edəcəklər. II Liqadakı hədəfimiz çempionluqdur. Bilirik ki, çempionatda güclü rəqiblər var. Ancaq yenə də iddialıyıq və çempionluq barədə düşünürük”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43