Albaniyanın “Eqnatia” klubuna transfer olunan Vüsal İsgəndərli rəhbərliklə görüşüb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, həmyerlimiz rəhbərliyə Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Ararat” görüşü üçün Ermənistana yollanmaq istədiyini bildirib.
Rəhbərlik də Vüsalın bu istəyinə müsbət cavab verib və onun getməsi üçün nə lazımdırsa, edəcəklərini deyib. Artıq bu istiqamətdə müəyyən çalışmaların başladığı bildirilir.
Xatırladaq ki, tərəflər arsındakı ilk oyun iyulun 13-də İrəvanda, cavab matçı isə 20-də Albaniyada olacaq.

