20 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz”da ayrılıq

“Turan Tovuz” klubu futbolçusu Ehtiram Şahverdiyevlə yollarını ayırıb.

İdmanxeber.az bölgə təmsilçisinin rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Ehtiram Şahverdiyev 2022-ci ildən “Turan Tovuz”da çıxış edir. O, daha əvvəl “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43