PSJ-nin prezidenti Nasser Əl Xelaifi komandanın hücumçusu Kilian Mbappeyə xəbər göndərib.
İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, klub rəhbəri oyunçudan müqaviləsini uzatmağı tələb edib. Əl Xelaifi Mbappenin 2023/24 mövsümünün sonunda müqaviləsini uzatmayacağını bildirməsinə çox əsəbləşib.
Bu səbəbdən də klub rəhbəri futbolçuya şərt qoyub. Əgər Mbappe sözləşməsini uzatmağa razı olmasa, transferə çıxarılacaq.

