20 İyun 2026
Ölkə futbolu

Gəncə klubunda son durum: “Kəpəz”in gözlədiyi legioner gəldi

“Kəpəz” növbəti mövsümün hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, bir müddət öncə Gəncədə hazırlıqlara start verən “sarı göylər”də komandanın əsas üzvləri Abdulayi Şuaybu, Junior Martins və Yeqor Xavalko artıq məşqlərə qatılıb.

Belarus millisinin qapıçısı, yeni transfer Vladislav Vasilyuçek isə bu gün komandanın düşərgəsinə gələrək, çalışmalara başlayacaq.

Xatırladaq ki, “Kəpəz” bu gün Bakı Olimpiya Stadionunda “Səbail”lə qarşılaşacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43