21 İyun 2026
Dünya futbolu

PSJ rəhbəri əsəbləşdi – Mbappe transferə çıxarılır

PSJ-nin prezidenti Nasser Əl Xelaifi komandanın hücumçusu Kilian Mbappeyə xəbər göndərib.

İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, klub rəhbəri oyunçudan müqaviləsini uzatmağı tələb edib. Əl Xelaifi Mbappenin 2023/24 mövsümünün sonunda müqaviləsini uzatmayacağını bildirməsinə çox əsəbləşib.

Bu səbəbdən də klub rəhbəri futbolçuya şərt qoyub. Əgər Mbappe sözləşməsini uzatmağa razı olmasa, transferə çıxarılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43