20 İyun 2026
Ölkə futbolu

AFFA rəsmisi Konfrans Liqasının oyununda

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən təyinat alıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Maltada “Baltsan” və Sloveniyanın “Domjale” komandaları arasında keçiriləcək Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 18-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43