20 İyun 2026
Ölkə futbolu

Musa Qurbanlı niyə İsveç klubunu seçib?

Millimizin hücumçusu Musa Qurbanlının İsveçin “Yurqorden” klubunu seçməsinin səbəbi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı hücumçu ilə daha bir neçə klub maraqlanıb. Onun adı uzun müddətdir “Zalsburq” və “Torino” kimi komandalarla çəkilsə də, futbolçunun Stokholm təmsilçisinə transfer olması gözlənilməz oldu.

Ancaq Qurbanlı davamlı oynamaq, ehtiyatda qalmaq istəmədiyi üçün bu seçimi edib. O, “Yurdorqen”lə danışıqlar zamanı da bu şərtini qarşı tərəfə bildirib.

Xatrıladaq ki, millimizin hücumçusu İsveç klubu ilə 3 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43