Karyerasını Polşada davam etdirən azərbaycanlı futbolçu Orxan Fərəcov klublarımızın təklifini geri çevirib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, I Liqa təmsilçiləri “Zaqatala”, “İrəvan”, MOİK və “Şamaxı” oyunçunun xidmətində maraqlı olublar. 4 klubun hamısı futbolçu ilə təmasa keçsə də, Fərəcov Azərbaycana gəlmək istəməyib.
O, karyerasını ölkə xaricində davam etdirmək niyyətində olub.
Ötən mövsümü Polşanın “Narev Ostroleka” klubunda keçirən 22 yaşlı yarımmüdafiəçi sözügedən ölkənin 4-cü liqa təmsilçisi “Troşin”ə transfer olub.

