Müdafiəçi Klinton Mata “Brügge”dən “Lion”a keçib.
İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı anqola millisinin üzvü ilə 2026-cı ilə qədər müqavilə imzalanıb. Mata ötən mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
Əvvəllər o, “Şarlerua”, “Genk” və “Eupen” klublarında da çıxış edib. O, bütün karyerasını Belçikada keçirib.

