Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Peter Barat Avstriyada Ağdam təmsilçisinə qarşı keçirdikləri yoxlama oyunu barədə “Nemzetisport”a açıqlama verib.
İdmandeber.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi “köhlən atlar”la görüşün onlar üçün çox faydalı olduğunu söyləyib:
“Qarabağ” bizə bənzəyən komandadır. Beynəlxalq matçlardan əvvəl sərt və əzmkar rəqibə qarşı mübarizə apardıq”.
Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” qarşılaşması 3:3 hesabı ilə başa çatıb.

