“Qalatasaray” və “Tottenhem” Viktor Nelson transferi üçün danışıqlara davam eləyir.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə klubu danimarkalı müdafiəçi üçün 25 milyon avro tələb eləyir, ingilis tərəfi isə bu məbləği aşağı salmağa çalışır.
Həmçinin İstanbul klubu Nelsonun yerinə “Tottenhem”dən Deyvinson Sançeslə maraqlanır. “Qalatasaray” bu transferə görə 8 milyon avro ödəyə bilər.
Sançes 2017-ci ildən London klubunda çıxış edir.

