Növbəti mövsümdən I Liqada çıxış edəcək “İrəvan” klubu transfer çalışmalarını davam etdirir.
İddialı bir heyət qurmaq istəyən komanda ötən mövsüm Premyer Liqada çıxış etmiş 3 futbolçunu rənglərinə bağlamaq niyyətindədi. Qərbi Azərbaycanın tarixi paytaxtını təmsil edən klub Mirabdulla Abbasov, Mirsahib Abbasov və Arsen Ağcabəyovla danışıq aparır.
Tərəflər arasında yekun razılıq olmasa da, “İrəvan” rəhbərliyi oyunçuları heyətinə qatmaqda israrlıdır.
Mirabdulla ötən mövsümü “Səbail”də, Mirsahib “Zirə”də, Arsen isə “Şamaxı”da keçirib.
İdmanxeber.az

