“Səbail”dən ayrılan Rahid Əmirquliyevin I Liqa təmsilçisinə keçidi baş tutmayıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “İrəvan” klubu bir müddətdir onunla danışıq aparırdı. Rəhbərlik Əmirquliyevə baş məşqçinin köməkçisi vəzifəsini təklif etsə də, tərəflər razılığa gələ bilməyib.
Buna səbəb sabiq futbolçunun ötən mövsüm çıxış etdiyi “Səbail”dən gələcək təklifləri gözləməsidir. Onun yaxın vaxtlarda paytaxt təmsilçisinin rəhbərliyi ilə görüşəcəyi bildirilir.
Xatırladaq ki, millimizin sabiq üzvü ötən günlərdə futbolçu karyerasını bitirdiyini açıqlayıb.

