07 İyul 2026
Dünya futbolu

Dibala “Roma”dan ayrılır? – açıqlama

“Roma”nın hücumçusu Paulo Dibalanın klubunda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı paytaxt təmsilçisindən ayrılmaq istəmədiyini bildirib. O,  “Əlbəttə, “Roma”da olmaqdan xoşbəxtəm. Burada qalacammı? Bəli, sabah məşqlərə başlayırıq ” deyə, yerli mətbuata açıqlama verib. 

Dibala ötən yaydan “Roma”dadı. 2022/23 mövsümündə o, komandanın heyətində 38 oyun keçirib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib. Portal Transfermarkt onu 30 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43