“Qalatasaray” bu gün Mauro İkardini rəsmi olaraq açıqlayacaq.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu argentinalı və PSJ ilə bütün məsələlərdə razılığa gəlib. Oyunçunun bu gün Türkiyədə olacağı və tibbi baxışdan keçdikdən sonra 3+1 illik rəsmi müqavilə imzalayacağı gözlənilir.
Mauro ötən mövsümü icarə əsasında keçirdiyi “Qalatasaray”da 26 oyuna 23 qol vurmağı bacarmışdı.

