“Kəpəz” klubu Azərbaycan Premyer Liqasına hazırlığın növbəti mərhələsini Bakıda keçirəcək.
İdmanxeber.az-ın məlumata görə, “sarı-göylər” iyulun 28-dək paytaxtda qalacaq.
Təlim-məşq toplanışı “Dalğa Arena”da gerçəkləşəcək. Komanda bu gün iki məşqə çıxacaq.
Dünən “Zirə” ilə yoxlama oyununda (1:2) iştirak edən futbolçular bərpa məşqi ilə kifayətlənəcəklər. Yüngül zədəsi olan Abdullahi Şuaybu, Tural Rzayev və komandaya gec qoşulan Mate Kvirkviya isə fərdi halda çalışacaq.