Çempionlar Liqası I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Linkoln” matçına bilet satışları davam edir.
İdmanxeber.az-a verilən məlumata görə, qarşılaşmaya 15 mindən çox bilet saılıb. Hazırda satışların davam etdiyi və oyun saatına qədər bu rəqəmin artacağı gözlənilir.
“Qarabağ” – “Linkoln” matçı sabah saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. İlk görüş təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

