İngiltərənin “Lids” klubu Amerikanın “49ers Enterprises” şirkətinə satılıb.
İdmanxeber.az “The Guardian”a istinadən xəbər verir ki, şirkət klub üçün təxminən 200 milyon avro ödəyib. “Lids”ə əvvəllər klubun sədr müavini və idarə heyətinin üzvü olan Paraaq Marate rəhbərlik edəcək.
O, 2017-ci ildən “Lids”in sahibi olan Andrea Radrissanini əvəz edəcək.
Klub ötən mövsüm Premyer Liqanı 19-cu pillədə başa vurdu və Çempionşipə düşdü.

