04 İyul 2026
Ölkə futbolu

Azərbaycanda futbol çempionatlarında gümüş və bürünc medallar verilməyəcək

2023/2024 mövsümündə Azərbaycan çempionatının 1-ci, 2-ci liqasında və əvəzedicilərində ikinci və üçüncü yeri tutan komandalara gümüş və bürünc medallar verilməyəcək.

İdmanxeber.az xəbər verir ki bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, yalnız mövsümü çempion kimi başa vuran komandaya qızıl medal təqdim olunacaq.

Xatırladaq ki, ötən mövsüm Azərbaycan Premyer Liqasını “Qarabağ” 1-ci, “Sabah” 2-ci, “Neftçi” 3-cü pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43