UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin hakim təyinatları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” – “Rakov” (Polşa) oyununu almaniyalı hakim Sven Yablonski idarə edəcək.Ona Lasse Koslovski və Eduard Beytinger köməklik edəcəklər.
Görüşün dördüncü hakimi funksiyasını Tobias Reyxel yerinə yetirəcək.
Qarşılaşma Bakı Olimpiya Stadionunda olacaq.

