04 İyul 2026
Dünya futbolu

“Borussiya” müdafiəçisi ilə yollarını ayırdı

Dortmund “Borussiya”sı müdafiəçi Niko Şulsla müqaviləyə xitam verib.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı almaniyalı hazırda azad agentdir. Onun müqavilə müddəti 2024-cü ilin yayına kimi hesablanmışdı.

Daha əvvəl futbolçu ilə “Atalanta”nın da maraqlandığı bildirilirdi.

Şults “Borussiya”ya 2019-cu ildə “Hoffenhaym”dan keçib. O, Dortmund klubunda 61 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43