02 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin avrokubok oyununun vaxtı dəyişdirildi

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi ilk oyunun təqvimində dəyişiklik olub.

İdamnxeber.az xəbər verir ki, iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq görüş öncədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 22:30-da deyil, yarım saat gec – 23:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43