Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakuv”un qonağı olacaq “Qarabağ” Polşada dəstəksiz qalmayacaq.
İdmanxeber.az-a verilən məlumata görə, rəqib Ağdam təmsilçisinin azarkeşləri üçün stadionda 300 nəfərlik yer ayırıb. Sabahkı görüşdə “Qarabağ”ı təxminən 200-yə yaxın fanatın dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, “Rakuv” – “Qarabağ” matçı iyulun 26-da Bakı vaxtı ilə 22:15-də start götürəcək.

