“Mançester Siti” Bernardo Silva üçün gələn heç bir təklifi qəbul etməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, klubun sahibləri belə qərar verib. Portuqaliyalı futbolçu toxunulmazdır.
Silva 2017-cu ildə “Mançester Siti”yə qoşulub. O, bu müddətdə 306 oyuna çıxıb və 55 qol vurub.
Transfermarkt saytına görə oyunçunun dəyəri 80 milyon avro təşkil edir.

