29 İyun 2026
Dünya futbolu

Mərakeşli oyunçu İngiltərə nəhənginə keçir

Sofyan Amrabat “Mançester Yunayted”ə transfer olmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, mərakeşli futbolçu “Fiorentina”nın mövsüm öncəsi hazırlığına qatılmayacaq. İki klub arasındakı danışıqlar davam edir.

“Liverpul” da yarımmüdafiəçi ilə maraqlansa da, oyunçu “mankunian”lara keçməyi üstün tutur.

Amrabat 2020-ci ildə “Fiorentina”ya keçib. O, bu müddətdə 107 oyuna çıxıb və 1 qol vurub.

Transfermarkt saytına görə oyunçunun dəyəri 30 milyon avro təşkil edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43