29 İyun 2026
Ölkə futbolu

AFFA bölgə klubunu sevindirdi

Bir müddətdir Premyer Liqa klublarımız dövlətin ayırdığı vəsaitin AFFA tərəfindən tam hesablarına köçürülmədiyini bildirir.

Bunlardan biri də “Kəpəz” komandasıdır. Artıq bir neçə aydır Gəncə təmsilçisində bu səbəbdən maliyyə problemi yaşanırdı. 

Əldə etdiyimiz məlumata görə, AFFA  kəsilən məbləğin bir hissəsini onların hesabına köçürüb. Premyer Liqa təmsilçimizdə maliyyə probleminin qismən olsa da, öz həllini tapdığı bildirilir. 

Kəsilən vəsaitin geridə qalan hissəsinin isə nə zaman klubların hesabına köçürüləcəyi ilə bağlı konkret bir şey deyilməyib.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43