Bir müddətdir Premyer Liqa klublarımız dövlətin ayırdığı vəsaitin AFFA tərəfindən tam hesablarına köçürülmədiyini bildirir.
Bunlardan biri də “Kəpəz” komandasıdır. Artıq bir neçə aydır Gəncə təmsilçisində bu səbəbdən maliyyə problemi yaşanırdı.
Əldə etdiyimiz məlumata görə, AFFA kəsilən məbləğin bir hissəsini onların hesabına köçürüb. Premyer Liqa təmsilçimizdə maliyyə probleminin qismən olsa da, öz həllini tapdığı bildirilir.
Kəsilən vəsaitin geridə qalan hissəsinin isə nə zaman klubların hesabına köçürüləcəyi ilə bağlı konkret bir şey deyilməyib.
İdmanxeber.az

