24 İyun 2026
Dünya futbolu

“Milan” Musanı transfer edir

“Milan” Yunus Musanı heyətinə qatmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu “Valensiya” ilə danışıqlarda son mərhələyə gəlib. İspaniya təmsilçisi əvvəlcə bu transfer üçün 25 milyon avro tələb etsə də, sonda iki klub 20 milyon avroya razılaşıb.

Musa 2019-cu ildən “Valensiya”da çıxış edir. O, bu müddətdə 108 oyuna çıxıb və 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43