21 İyun 2026
Dünya futbolu

Braziliya klubu “Zenit”lə anlaşa bilmir

“Flamenqo” Vendel üçün “Zenit”ə etdiyi təklifi 16 milyon avroya qədər artırıb.

İdmanxeber.az-ın məlumatına görə, Braziliya təmsilçisi qarşı tərəfə sonrakı satışdan 20 faiz pay verməyə də hazırdı. Bununla belə, Rusiya klubunun baş direktoru Aleksandr Medvedev bu təklifi qəbul etməyib və 18 milyon avro tələb edib.

Braziliyalı futbolçu bu yay Sankt-Peterburq təmsilçisindən ayrılmaq istəyir. Qeyd edək ki, Braziliyada transfer pəncərəsi avqustun 2-dən 3-nə keçən gecə bağlanır.

Vendel 2020-ci ildən “Zenit”də çıxış edir. O, bu müddətdə 85 oyuna 15 qol vurub və 13 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43