Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaq “Rakuv” Bakıda dəstəksiz qalmayacaq.
İdmanxeber.az-a verilən məlumata görə, Polşadan komandanı dəstəkləmək üçün paytaxtımıza 20 azarkeş gəlib. Sabah onlar ölkə çempionunu Bakı Olimpiya Stadionunda qələbəyə səsləyəcəklər.
Təmsilçimizə dəstək üçün isə dünən açıqlanan rəsmi məlumata görə, 22 min bilet satılıb. Oyun saatına qədər bu rəqəmin artacağı gözlənilir.
“Qarabağ” – “Rakuv” görüşü avqustun 2-də, saat 20:00-da start götürəcək.

