Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirib.
İdmanxeber.az-ın məlumatına görə, “Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda – 21:00-da start görürüb.
“Ağ-qaralar” Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi “Jelezniçar”ı doğma meydanda məğlub edib -2:0.
Paytaxt təmsilçisi KL-in III təsnifat mərhələsində “Tirana” – “Beşiktaş” cütlüyünün qalibi ilə üz-üzə gələcək. Oyunlar 10-17 avqust tarixində keçiriləcək.
“Qırmızı-qaralar” isə Kiprdə “Omoniya”nın qonağı olub. Qəbələdəki matçda eyniadlı komanda rəqibinə uduzub – 2:3.
Təmsilçimiz səfərdəki görüşdə də meydandan məyus ayrılıb 1:4.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
3 avqust
21:00. “Neftçi” (Azərbaycan) – “Jelezniçar” (Bosniya və Herseqovina) 2:0
Baş hakim: Balaş Berke (Macarıstan)
İlk oyun – 2:2
8-ci km stadionu
21:00. “Omoniya” (Kipr) – “Qəbələ” (Azərbaycan) 4:1
Baş hakim: Adam Ladebek (İsveç)
İlk oyun – 3:2
Nikosiya, “GSP Arena”