Azərbaycan klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” III raundda Türkiyənin “Beşiktaş” komandasını keçsə, “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.
“Neftçi” – “Beşiktaş” cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.
“Sabah” isə III raundda Serbiya klubu “Partizan”ı üstələməyi bacarsa, “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə üz-üzə gələcək.
“Sabah” – “Partizan” cütündən üstün ayrılacaq komanda pley-offda ilk görüşünü səfərdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.