“Əl-Hilal”ın baş məşqçisi Xorxe Jesus Joao Feliksi komandasında görmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu ilk növbədə “Barselona” və digər Avropa klublarının təkliflərini gözləyir, ancaq “Atletiko”dan bu yay mütləq ayrılmaq istəyir.
Feliks bu ilin yanvarında icarə əsasında “Çelsi”yə keçmişdi. O, London klubunda 20 oyuna çıxıb və 4 qol vurub.

