27 Noyabr 2024
Ölkə futbolu

“Kəpəz”in cəlbedici təklifi Portuqaliya çempionuna “zərbə vurdu” – ERKƏN AYRILIĞIN SƏBƏBİ

“Kəpəz”in təzə transferinin yeni komandasından erkən ayrılmasının səbəbi bəlli olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, ötən mövsümü “Eştrela”da keçirən Latir Falla bu yaxınlarda “Maritimo” klubu ilə müqavilə imzalayıb. Ancaq “sarı-göylər” oyunçu ilə təmasa keçdikdən sonra seneqallı futbolçunun fikrini dəyişdirə bilib.

Fallanın “Maritimo” ilə sözləşməsində ölkə xaricindən təklif gələcəyi təqdirdə, sərbəst ayrıla biləcəyi qeyd edilib. 29 yaşlı oyunçu da “sarı-göylər”lə danışıq apardıqdan sonra bu bənddən yararlanıb və  Gəncə təmsilçisinə “hə” deyib.

“Maritimo” 1925-26-cı illərdə Portuqaliya çempionluğunu qazanıb.

Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsüm formasını geyindiyi “Eştrela”nın əsas heyət üzvü idi. O, sözügedən komandanın Portuqaliya yüksək liqasına çıxmasında böyük pay sahibi olub. 

Seneqallı futbolçunun performansından hazırlanmış videoçarxı təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43