Rade Kruniç “Milan”da qalmağa daha yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça”ya keçməyə yaxın görünən bosniyalı futbolçu qərarını dəyişib. İtaliya klubu oyunçunun müqaviləsini uzatmağa qərar verib. Baş məşqçi Piolinin bu qərarda israr etdiyi bildirilir.
Kruniçin yeni müqaviləsində məvacibi 1.5 milyon avrodan 2.5 milyona yüksəldiləcək.
2019-cu ildən “Milan”da çıxış edən 29 yaşlı futbolçu bu müddətdə 125 oyuna çıxıb və 3 qol vurub.