“Bavariya” azad agent statusunda olan David De Xea ilə danışıqlar aparır.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubunun ilk hədəfi Stefan Orteqadır.
30 yaşlı qapıçı üçün “Mançester Siti” ilə razılıq əldə olunmasa, o zaman ispaniyalı qolkiper Almaniya klubuna keçəcək.
De Xea 2011-ci ildən bəri çıxış etdiyi MY-dan bu yay ayrılıb. O, İngiltərə klubunda 545 oyuna çıxıb və 190 oyunda qapısını qola bağlaya bilib.

