Bu gün futbol üzrə Misli Premyer Liqasında III tura start verilib.
İdmanxeber.az-ın məlumatına görə, günün yeganə oyununda “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Gəncə şəhər stadionunda gerçəkləşəcən Qərb derbisi Tovuz təmsilçisinin qələbəsi ilə başa çatıb -2:0.
18 avqust (cümə)
17:00. “Kəpəz” – “Turan Tovuz” 0:2
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Gəncə şəhər stadionu
Qeyd edək ki, III turun “Qəbələ” – “Sumqayıt” və “Səbail” – “Zirə” oyunları avqustun 19-da, “Qarabağ” – “Araz-Naxçıvan”, “Sabah” – “Neftçi” görüşləri isə avqustun 20-də olacaq.

