“Sabah”la oyundan əvvəl komanda yoldaşlarıma hələ ki, heç nəyin bitmədiyini demişdim. Bilirdim ki, bu komandanı məğlub edib Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazana bilərik. Şadam ki, bacardıq. Mən həyatımda heç vaxt belə hisslər yaşamamışam”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun qapıçısı Aleksandr Yovanoviç Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun cavab oyununda “Sabah” üzərində qazanılan qələbəni (2:0, ilk oyun – 0:2) şərh edərkən deyib.
O, daha sonra Namik Ələsgərovun zərbəsini dəf etməsi haqda danışıb: “Namik Ələsgərovun hansı istiqamətə vuracağını bilirdim. Çünki o, həmişə sağ küncə zərbə endirir. İlk uğursuz cəhddən sonra bəzi futbolçular eyni yerə vurmaq haqda düşünürlər. Amma bilirdim ki, Namik böyük məsuliyyət daşıdığından qərarını dəyişməyəcək”.

