07 İyul 2026
Ölkə futbolu

Azər Məmmədov: “Turnir cədvəli hazırda heç bir əhəmiyyət daşımır”

“Turan Tovuz”u analiz etmişdik. Ayxan Abbasovun özünəməxsus oyun stili var. Qola qədər pis təsir bağışlamadıq. Bunun təsirindən ayılmamış, ikinci topu buraxdıq. Yenə də pis mübarizə aparmadıq. Çempionat yeni başlayıb. Turnir cədvəli hazırda heç bir əhəmiyyət daşımır. “Turan Tovuz”dan belə baxanda çox geridə deyilik. Onların 6, bizim 3 xalımız var”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Turan Tovuz” oyunu sonrası mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Məğlubiyyəti kiminsə üstünə atmaq istəmirəm. Futbolda səhvlər də, yaxşı işlər də olur. “Neftçi”ni udanda da qabarıq səhvlər vardı. Qapıçımız istəsəydi, topu arxaya vura bilərdi. O da belə olmasını istəməzdi. Qapıçı transferi barədə düşünmürük. Başqa mövqelərə ola bilər. 

Komandaya gələndə bütün çətinliklərin olmasından xəbərdar idim. Ona görə söz vermişəm ki, ağlamayacam. Bu vəziyyətdə gəlməyə razılaşmışamsa, şikayətlənməyə ehtiyac yoxdur. Çalışacağıq ki, yeni oyunçular alaq. Çalışıb vəziyyəti düzəltməliyik. 

İki oyuna bir qol buraxmışdıq, komanda şəklində yaxşı müdafiə olunuruq. Hücum planında bəzi çatışmazlıqlar var. Bu mövqedə olan oyunçular artırmalıdır. Sonra qol gələcək. Zamanla hər şey düzələcək. 4-5-ci turdan sonra oyunda yaxşı tərəfdən dəyişiklik olacaq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43