07 İyul 2026
Dünya futbolu

“Nyukasl” “Çelsi” ilə anlaşdı

“Nyukasl” Luis Holl transferi üçün “Çelsi” ilə razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, “sağsağanlar” bu transfer üçün London klubuna 28+7 milyon funt-sterlinq ödəyəcək.

Holl “Nyukasl”ın bu yayki 4-cü transferi olacaq. Premyer Liqa klubu daha öncə heyətinə Tonali, Barnes və Livramentonu qatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43