09 İyul 2026
Dünya futbolu

PSJ fransalı hücumçu üçün yeni təklif göndərir

PSJ “Ayntraxt”ın hücumçusu Randal Kolo Muani transferində israr edir.

İdmanxeber.az-ın məlumatına görə, parislilər transferi bu həftə həyata keçirməyi planlaşdırır. PSJ Muani üçün kluba 7 milyon avro təklif etsə də, “Ayntraxt” bundan imtina edib.

Fransa təmsilçisi bu gün qarşı tərəfə yeni şərtlər göndərəcək. 24 yaşlı futbolçu bu mövsüm “Ayntraxt”ın heyətində 2 oyuna çıxıb, 2 qol vurub.

Hücumçunun alman klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43