Dominik Livakoviçin bu həftə İstanbula gəlib “Fənərbağça” ilə müqavilə imzalayacağı gözlənilir.
İdmanxeber.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, “Dinamo” (Zaqreb) AEK-ə məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırmağından sonra 28 yaşlı qapıçı ilə vidalaşmağa razılaşıb.
Livakoviç “Dinamo”da 290 oyunun 135-də qapısını toxunulmaz saxlaya bilib. O, həmçinin Xorvatiya millisinin əsas qapıçısıdır.

