Karlos Teves “İndependyente”nin yeni baş məşqçisi təyin olunub.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı sabiq hücumçunun ilk məşqçilik təcrübəsi 2022-ci ildə “Rosario Sentral”da olub. Bu, cəmi 5 ay çəkib və 24 oyunda 6 qələbə qazana bilib.
Teves futbolçu karyerasında “Boka Xuniors”, “Korintians”, “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus” kimi komandalarda forma geyinib.

